...

Möhsün Pakayin: İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər

Siyasət Materials 10 Yanvar 2014 09:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İraqdakı qeyri-sabitlik regionun digər ölkələrinə də yayıla bilər. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir qeyd edib ki, İraqın Baş naziri Nuri əl-Maliki terrorçu qruplaşmaların ləğv edilməsi yolu ilə ölkədə təhlükəsizlik və sabitliyi əvvəlki səviyyəyə çatdırmağa çalışır: "İran İraq hökumətinə öz dəstəyini bildirib və bunu davam etdirəcək".

O xatırladıb ki, bu yaxınlarda terrorçu qruplaşmalar ölkədə sabitliyi pozmaq üçün İraqın Ənbar vilayətindəki Fəllucə şəhərinə hücum ediblər.

M.Pakayin hesab edir ki, beynəlxalq birlik İraq ordusunu dəstəkləməlidir: "İraq hökuməti ölkədə demokratiyanı uğurla qurur. İraqın gələcəyi ümidverici görünür".

Onun sözlərinə görə, İraqdakı terrorçu qruplaşmalar ölkənin Suriya ilə əlaqələrini pisləşdirməyə çalışır: "Dünya ictimaiyyəti terrorizmə qarşı vahid cəbhədən çıxış etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti