...

Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib

Siyasət Materials 11 Yanvar 2014 12:05 (UTC +04:00)
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.
Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.

Toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Toplantı Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Z.Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar yanvarın 10-da bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti