...

İranın xarici işlər naziri Rusiya Prezidenti ilə danışıqlar aparacaq

Siyasət Materials 13 Yanvar 2014 16:30 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif cümə axşamı Moskvaya səfər edəcək. Səfər zamanı iranlı nazir rusiyalı həmkarı Sergey Lavrov və Prezident Vladimir Putinlə görüşəcək. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
İranın xarici işlər naziri Rusiya Prezidenti ilə danışıqlar aparacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif cümə axşamı Moskvaya səfər edəcək. Səfər zamanı iranlı nazir rusiyalı həmkarı Sergey Lavrov və Prezident Vladimir Putinlə görüşəcək. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

İranın Moskvadakı səfiri Mehdi Sanayi agentliyə bildirib: "Zərif cümə axşamı Rusiyaya birgünlük səfəri zamanı Rusiya Prezidenti, eləcə də RF XİN rəhbəri Sergey Lavrovla görüşəcək".

Səfirin sözlərinə görə, görüşlər zamanı tərəflər ikitərəfli, eləcə də regional məsələləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti