...

İlyas Əfəndiyevin 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 16 Yanvar 2014 19:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
İlyas Əfəndiyevin 100 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur.

İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti