İlham Əliyev: “ASAN xidmət” Azərbaycan məhsuludur, ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər (FOTO)

İlham Əliyev: “ASAN xidmət” Azərbaycan məhsuludur, ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlamışdır. 2013-cü ilin mayında Sumqayıtda "ASAN xidmət" mərkəzi istifadəyə verilmişdir. Daha sonra 2 və 3 saylı Bakı "ASAN xidmət" mərkəzləri açılmışdır. Hər dörd mərkəzdə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil etmişdir.

İlk vaxtlar "ASAN xidmət" mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdi. İndi isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi göstərilən xidmətlərə əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdi ki, Gəncədəki "ASAN xidmət" mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlamışdır. Gəncə "ASAN xidmət" mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir.

Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulmuşdur. Parkda qurulmuş led-paneldə "ASAN xidmət" mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında informasiyalar daim nümayiş olunur. "ASAN xidmət" yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar da keçirir. Mərkəzin həyətində "YARAT" Müasir İncəsənət Məkanının guşəsi də qurulmuşdur.
Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.

Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının stendi də qurulmuşdur. Burada tətbiq edilən yeniliklərdən biri "Exit poll" rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların "ASAN xidmət"də olduqdan sonra göstərilən xidmətlə bağlı münasibətini öyrənir. Bu yenilik göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.

Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən elektron müraciət köşkü barədə məlumat verildi. Bildirildi ki, vətəndaşlar elə Mərkəzin özündən "108 Çağrı" mərkəzinə zəng edərək, canlı videobağlantı ilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.

Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, mərkəzin işçilərinin ümumi sayı 165 nəfərdir, onlardan 55-i könüllüdür.
Gəncə "ASAN xidmət" mərkəzi bu şəhərin, eləcə də Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərir. Xidmətin "Çağrı" mərkəzi vasitəsilə vətəndaş Mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb olunan sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru fasiləsiz videokamera ilə qeydiyyata alınır. Mərkəz müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Mərkəzdə xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları, videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmış, daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün yüksək şərait yaradılmışdır.

"ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçirilir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, xidmətin "asan.gov.az" internet saytında vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələri doldurma, sənədləri müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. Elektron məlumat mərkəzinə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bundan əlavə, Mərkəzdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmətlər göstərilir. Burada "Biometrik məlumatların toplanması sistemi" də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və digər nadir xüsusiyyətlərə malikdir. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.

Qeyd edildi ki, mərkəzin fəaliyyətdə olduğu 25 gün ərzində 20 minə yaxın vətəndaş müraciət etmişdir. Gün ərzində isə mərkəzə 1300-1500 müraciət daxil olur.
Sonra dövlətimizin başçısı "ASAN xidmət" mərkəzinin əməkdaşları və könüllülərlə görüşdü.

Xidmətin kollektivini salamlayan Prezident İlham Əliyev deyib ki, artıq Gəncədə də "ASAN xidmət" fəaliyyət göstərir. Çox gözəl hadisədir. Artıq bu iş regionlarda başlamışdır: "İndi bu xidmət Bakı, Sumqayıt, Gəncə şəhərlərində vardır və vətəndaşlar böyük maraq göstərirlər. Bir il ərzində 1 milyona yaxın müraciət olmuşdur və hamı razıdır. Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Həm insanlara yüksək səviyyəli xidmət göstərilir, eyni zamanda, bütün xoşagəlməz halların qarşısının alınması üçün "ASAN xidmət"in böyük əhəmiyyəti vardır. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin. İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir".

İlham Əliyev hesab edir ki, "ASAN xidmət"in yaradılması nəinki ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu, müasir inkişafı üçün öz rolunu oynayacaq: "Bilirəm ki, artıq digər qurumlarda da "ASAN xidmət"də göstərilən xidmətlərin səviyyəsində iş qurulması prosesi gedir.
Biz müasir, güclü dövlət qururuq. Azərbaycan dövlətində heç bir xoşagəlməz hala rast gəlinməməlidir və mövcud problemlər aradan qaldırılmalıdır. "ASAN xidmət"in fəaliyyəti bu istiqamətdə bizim işimizə böyük dayaqdır. Mən çox şadam ki, Azərbaycan vətəndaşları tərəfindən bu xidmətin fəaliyyətinə böyük dəstək, rəğbət vardır və bu addım yüksək qiymətləndirilir. Dəfələrlə dediyim kimi, "ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin fəaliyyətinə böyük maraq vardır.
Birillik fəaliyyət özlüyündə gözəl göstəricidir. Çünki hamımız bilirik ki, bəzi hallarda yeni yaradılan hansısa bir layihə, yaxud da ki, irəli sürülən təşəbbüs ilk mərhələdə uğurlu olur, sonra bəzi çətinliklər ortaya çıxır, səviyyə aşağı düşür. "ASAN xidmət"də belə deyildir. Mən hesab edirəm ki, xidmət il ərzində öz işini daha da yüksək səviyyəyə qaldıra bilmişdir, səyyar xidmət göstərilir, bölgələrə xüsusi təchiz edilmiş avtobuslar ezam edilir və bu il Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni "ASAN xidmət" mərkəzi yaradılacaqdır".

Prezidentin sözlərinə görə, bütün bölgələrdə, ondan sonra hər bir şəhərdə belə xidmət olmalıdır: "Bu xidmətin bir əlamətdar tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Bu da sizin üçün, cəmiyyət üçün çox gözəl hadisədir. Sizin üçün ona görə ki, artıq gənc yaşlarınızdan çox mühüm bir dövlət işində özünüzü göstərəcəksiniz. Cəmiyyət üçün ona görə ki, könüllülük hərəkatı, ümumiyyətlə, çox böyük təqdirəlayiq hərəkətdir, xoş niyyətin, vətənpərvərliyin təzahürüdür, öz xalqına, dövlətinə olan bağlılığın əlamətidir. Əgər hər bir insan ümumi işə könüllü şəkildə öz töhfəsini vermək istəyirsə, bu, ancaq alqışlanır. Könüllülər qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı üçün də öz rolunu oynayacaqdır.
Sizi salamlayıram, sizə minnətdaram ki, bu işə qoşulursunuz. Əminəm ki, gələcək illərdə Gəncə "ASAN xidmət"i, əgər belə demək mümkündürsə, qabaqcıl yerdə olacaqdır. Çünki gələcəkdə belə xidmətlər çox göstəriləcək, mərkəzlər açılacaq və bütün mərkəzlər arasında sağlam rəqabət aparılacaqdır. Sizi salamlayıram, sizə uğurlar arzulayıram".

Gəncə şəhərindən könüllü Nigar Tağıyeva: "Cənab Prezident, Sizi ilk növbədə könüllülərimizin adından salamlamaq istəyirəm. Biz eşidəndə ki, keçən il Bakı şəhərində "ASAN xidmət" yaranıbdır, çox şad olduq. Çünki orada biz yaşda könüllülər dövlət orqanında işləyirlər. Ancaq düşünməzdik ki, tezliklə Gəncə şəhərində də bu xidmət fəaliyyət göstərər. Bu, bizi çox sevindirdi. Könüllülərimiz adından Sizə minnətdarlığımızı bildiririk ki, bizim üçün belə şərait yaradılıb, gənc yaşlarında dövlət orqanında işləyirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Çox sağ olun".

Prezident İlham Əliyev: Sağ olun.

"ASAN xidmət" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı:" Möhtərəm cənab Prezident, bütün "ASAN" könüllülərini birləşdirən ASAN Könüllüləri Gənclər Təşkilatı adından Sizi salamlayırıq. Ümumiyyətlə, könüllülük ölkəmizdə bir mədəniyyətə çevrilib. Son ildə könüllü hərəkatı elə geniş vüsət aldı ki, hətta biz keçən ilin dekabr ayında öz gənclər təşkilatımızı təsis etdik. Gənclər təşkilatı kimi bizim əsas məqsədimiz hər bir könüllünün fərdi inkişafına kömək etməkdir. Yəni, onların fərdi inkişafı üçün bir platformanın yaradılmasıdır. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, ölkəmizin sabahını bugünkü gənclər formalaşdırır. Biz onlara diqqət yetirməklə ölkəmizin gələcəyinə diqqət yetiririk. Baxmayaraq ki, qısa müddətdir fəaliyyətdəyik, amma artıq bir sıra layihələrə imza atmışıq. Hər bir layihədə ilk sualımız belədir: könüllünün nə faydası olacaq və cəmiyyətə o biliklə nə fayda verə biləcəkdir.
Artıq bu gün ölkəmizin sürətli inkişafı danılmaz bir faktdır. Ən azı ona görə ki, bir neçə il öncə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edəndə, hər dəfə ölkəmizin coğrafiyasını, mədəniyyətini, tarixini başa salmalı olurduq. Amma bu gün artıq o tədbirlərdə ölkəmizi onun son nailiyyətlərinə və nəhəng layihələrinə görə tanıyırlar. Bu da Sizin siyasətinizin nəticəsidir.
Biz gənclərə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Çünki həyatımızın hər bir sahəsində Sizin dəstəyinizi hiss edirik. Sizə sadiq və əmrinizə hər zaman hazır olan, Sizi səmimi qəlbdən sevən gənclər adından Sizə təşəkkür etmək istəyirik".

Prezident İlham Əliyev: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanın regionlarında bank kreditləşməsi artıb
Azərbaycanın regionlarında bank kreditləşməsi artıb
AYİB Azərbaycan şirkətlərinə dəstək üçün vəsait ayırıb
AYİB Azərbaycan şirkətlərinə dəstək üçün vəsait ayırıb
Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı (VİDEO)
Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı (VİDEO)
Loading Bars
Xəbər lenti
Dünyada koronavirusdan ölənlərin sayı 81 mini ötüb
"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb
Bakıda mənzildə qadın meyiti aşkarlanıb
Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var
"Fromula-1" üzrə Kanada Qran Prisi təxirə salındı
Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum
Arzu Nağıyev: Dövlət koronavirusla mübarizəni kompleks şəkildə həyata keçirir (VİDEO)
Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb
Heydər Əliyev Mərkəzindən İrana dəstək (VİDEO)
Nazirlər Kabineti işsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiq edib
Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb
İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb
Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb
Bakıda mənzildə 1 nəfərin meyiti aşkarlanıb
Lerikdə ferma yandı
Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı
Bakıda cibgirlik edən şəxs tutulub
Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram
Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
Sevinc Fətəliyeva: Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır
Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər (VİDEO)
Sahil Babayev: Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər
Əfv olunan şəxslər iki həftəlik istirahət mərkəzinə yerləşdirilir
Sahil Babayev: Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək
Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib (FOTO)
Lənkəranda mina və qumbara partladıcısı tapılıb (FOTO)
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
Sahil Babayev: Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq
İşsiz şəxslərin elektron qaydada müraciəti üçün qeydiyyat günləri açıqlanıb
Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur
Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM
Aprelin 1-dən sonra da işsiz statusu alanlara birdəfəlik ödəmələr veriləcək
DİN: SMS məlumatlarını saxtalaşdıran şəxs həbs edildi (VİDEO)
Aprelin 8-də dolların manata qarşı məzənnəsi
Dövlət Komitəsində videoqəbullar davam etdirilir (FOTO)
ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış
Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır
Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb
Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub
İcazəsiz quş ovlayan şəxs cəzalanıb
OPEC+ ölkələri neft hasilatının azaldılmasını müzakirə edəcəklər
FHN dezinfeksiya işlərini davam etdirir (VİDEO)
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah
Adil Əliyev: Əfv sərəncamı həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır
Koçaryan Paşinyanı məhkəməyə verib
Vüqar İskəndərov: Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir
Vüqar Rəhimzadə: Azərbaycan dövlətinin bu addımları demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir
IATA bütün ölkələri sərnişinlərə pul əvəzinə depozit vauçerləri təqdim olunmasına icazə verməyə çağırıb
DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası barədə məlumat yayıb
Ombudsman Səbinə Əliyeva əfv sərəncamının icrasında iştirak edib (FOTO)
Ötən gün 14 cinayətin üstü “isti izlər”lə açılıb
Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan əcnəbilərə səslənib (VİDEO)
Pərvin Kərimzadə: Əfv aktı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
DİN: “8103"ə 90 dəfə sms göndərən ata və azyaşlı oğlu müəyyən edilib (FOTO/VİDEO)
"WhatsApp" ismarıcların göndərilməsinə məhdudiyyət qoyub
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
Beynəlxalq Muğam Mərkəzindən #Evdəqal kampaniyasına töhfə (VİDEO)
Təbiətə ziyan vuran şəxs cəzalanıb
İsmayıllıda naməlum kişi meyiti tapılıb
Emin Hacıyev: Ermənistanın fəlakətdən qaçması mümkün deyil
Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb
Gömrük xidməti daha bir sosialyönümlü videoçarx hazırlayıb (VİDEO)
Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib
Çinin Cek Ma və Alibaba fondları COVID–19 ilə mübarizə üçün Azərbaycana tibbi humanitar yardım göndərib (FOTO)
İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı
Kürdəmirdə birmərtəbəli ev yanıb
Əfvin icrası başa çatdı
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
Yaponiyada fövqəladə vəziyyət elan edilib
Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir (FOTO)
İranda epidemiya qurbanlarının sayı artıb
Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş rejimdə işləyir (FOTO)
İlk zərbəni öz üzərinə gömrükçülər götürdü
Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi - Əfv edilən məhkum
Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!" videoçarxı yayıb
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlanıb
Meksika XİN Pasxa bayramı ərəfəsində vacib olmayan səfərlərdən çəkinməyə dair çağırış edir
SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib
Sabaha olan hava proqnozu açıqlanıb
Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək
İranda bu gündən ictimai distansiya başlanır
Azərbaycanda tibbi maska istehsalına başlandı (FOTO/VİDEO)
Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur
Qar örtüyünün hündürlüyü Yardımlıda 4 sm olub - FAKTİKİ HAVA
Ombudsman: Əfv edilənlərin ən yaşlısının 87 yaşı var
Gənc istedadlarımız gözəl ifaları ilə #evdeqalmusiqisizqalma çağırışını edirlər (VİDEO)
Dövlət tərəfindən 600 min sahibkara dəstək və yardım göstəriləcək
“Azpetrol” şirkəti YDM-də xüsusi tədbirlər görüb
Azərbaycan HHQ-nin nümayəndələri Rusiyanın döyüş təyyarələri istehsal edən müəssisələrində olublar (FOTO)
Lerikdə meşədə ağac kəsən şəxslər cəzalanıb
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxıldı
Bütün xəbərlər