Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq Göygöl rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi rayon sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarındandır. Burada orijinal fəvvarələr quraşdırılmış, yaşıllıq zolağı salınmışdır.
İlham Əliyev Göygöldə Heydər Əliyevin ucaldılmış abidəsini ziyarət edib (FOTO)
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq Göygöl rayonuna gəlmişdir.
