Azərbaycan, Bakı, 22 yanvar /Trend/
"Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk bildirib ki, o və müxalif parlament fraksiyalarının liderləri Vitali Kliçko və Oleq Tyaqnibok ilə birlikdə Ukrayna Prezidenti Viktor Yanukoviçlə görüşəcək. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
A.Yatsenyuk "Twitter" səhifəsində yazıb: "Yerli vaxtla saat 13:45-də üçümüz Yanukoviçlə görüşə gedəcəyik. Görüş təsdiq edilib".