...

Ukrayna DİN Kiyev sakinləri və qonaqlarını şəhərin mərkəzinə getməməyə çağırır

Siyasət Materials 22 Yanvar 2014 20:29 (UTC +04:00)
Ukrayna Daxili İşlər Nazirliyi (DİN) Kiyev sakinləri və qonaqlarını müxalifət tərəfdarlarının təxribat xarakterli hərəkətləri nəticəsində yaranmış gərgin vəziyyətlə əlaqədar şəhərin mərkəzinə getməkdən çəkinməyə çağırıb.
Ukrayna DİN Kiyev sakinləri və qonaqlarını şəhərin mərkəzinə getməməyə çağırır

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ukrayna Daxili İşlər Nazirliyi (DİN) Kiyev sakinləri və qonaqlarını müxalifət tərəfdarlarının təxribat xarakterli hərəkətləri nəticəsində yaranmış gərgin vəziyyətlə əlaqədar şəhərin mərkəzinə getməkdən çəkinməyə çağırıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, DİN-in yaydığı bəyanatda deyilir ki, kütləvi iğtişaşların aqressiv iştirakçıları tərəfindən bədən xəsarətləri almaq imkanı yüksəkdir.

Kiyevin mərkəzində Qruşevsk küçəsini mühasirədə saxlayan milis əməkdaşları səsgücləndiricilər vasitəsilə etirazçıları yeni qanunların qüvvəyə minməsi barədə məlumatlandırır.

Belə ki, Ukraynada kütləvi aksiyaların təşkili və burada bağlı üzlərlə iştirak etmək, çadır qurmaq, səsgücləndirici aparatlardan istifadə etmək qanunla qadağan olunur. Lakin etirazçılar deyilənlərə məhəl qoymurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti