Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Swiss Re" şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parkerlə görüşüb.
Görüşdə Azərbaycan ilə "Swiss Re" şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olundu.
Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparıldı.