Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə ölkədə siyasi sabitliyin qorunub saxlanması üçün əlindən gələni edir. Trend-in cümə axşamı Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əli Babacan Davosda keçirilən iqtisadi forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə siyasi sabitlik Türkiyə üçün prioritetdir.