...

Kliçko Yanukoviçlə razılığa gəlib

Siyasət Materials 24 Yanvar 2014 02:41 (UTC +04:00)
Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Oleq Tyaqnibok Prezident Viktor Yanukoviçlə razılığa gəldiklərini bəyan ediblər.
Kliçko Yanukoviçlə razılığa gəlib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Oleq Tyaqnibok Prezident Viktor Yanukoviçlə razılığa gəldiklərini bəyan ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, belə ki, tərəflər güc tətbiqini dayandıracaq, Daxili İşlər Nazirliyi isə iğtişaşlar zamanı həbs edilən etirazçıları azad edəcək.

V.Kliçkonun sözlərinə görə, razılığa əsasən, V.Yanukoviç və daxili işlər naziri Vitali Zaxarçenko güc tətbiqini dayandıracaq və saxlanılan şəxslərin azad edildiyini açıq şəkildə bəyan edəcəklər, öz növbəsində, etirazçılar da güc tətbiqindən çəkinməlidirlər.

O.Tyaqnibok qeyd edib ki, "Berkut"un odlu silahlardan istifadə etməsinin qadağan olunduğu rəsmi şəkildə bəyan ediləcək: "Əgər onlar şərtləri pozsalar, biz də pozacağıq".

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti V.Yanukoviçin müxalifət liderləri - "Udar" partiyasının rəhbəri V.Kliçko, "Batkivşina" parlament fraksiyasının lideri Arsen Yatsenyuk və "Azadlıq" partiyasının sədri Oleq Tyaqnibok ilə görüşü olub. Danışıqların üçüncü raundunun yanvarın 24-ü və ya 25-də keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti