Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/
ABŞ Türkiyənin işlərinə müdaxilə etmir və bunda sonra da müdaxilə etmək fikrində deyil. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Trend-in məlumatına görə, xəbəri cümə günü "Anadolu" agentliyi yayıb.
Agentliyin yazdığına görə, bəyanatda deyilir ki, ABŞ Türkiyədəki korrupsiya qalmaqalını və istintaqın gedişini diqqətlə izləyir.