Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) aprel sessiyasında Kiyev nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi ehtimalının saxlandığı Ukrayna üzrə qətnamə qəbul edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Qətnamədə qeyd olunur ki, indiki məqamda AŞ PA Ukrayna nümayəndə heyətinin Assambleyada səs hüququndan məhrum edilməsi məsələsinə baxmaq istəmir.
Sənəddə daha sonra bildirilir: "Buna baxmayaraq, əgər insan haqlarının pozulması, yaxud ölkədə etiraz aksiyalarının güc yolu ilə qarşısının alınması davam edərsə, AŞ PA belə sanksiyalara aprel sessiyasının ikinci hissəsində baxa bilər".