...

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr və fəxri adlar verilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Fevral 2014 18:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr və fəxri adlar verilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-leytenantı, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova isə gömrük xidməti general-mayoru ali xüsusi rütbələri verilib.

Dövlət başçısı Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və mətbuat, səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar jurnalist"

Axundov Natiq Sabir oğlu

"Əməkdar həkim"

Qədiməliyev Fikrət Gülverdi oğlu

Prezident İlham Əliyev, həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Mehdiyev Səfər Məmməd oğlu
Məmmədov Nazim Xeyrulla oğlu

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Babayev İqbal Alıcan oğlu
Fərzəliyev Dilavər Məmməd oğlu
Xəlilov Ehtiram Səyyaf oğlu
Məmmədov Asəf Səttar oğlu
Məmmədov Rauf Ənvər oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Ağayev Elbrus Nadirulla oğlu
Ağayev Vüqar Qüdrət oğlu
Eyvazov Emin Həsən oğlu
Ələsgərli Fikrət Vahid oğlu
Əliyev Daşqın Malik oğlu
Əliyeva İlahə Baloğlan qızı
Əlizadə Arzu Hüseyn oğlu
Əşrəfov Həsən Bəxtiyar oğlu
Hacıyev Hacı Fərhad oğlu
Həsənli Hüseyn Sabir oğlu
Həsənov Səlvər Yavər oğlu
Hüseynəliyev Ədalət Həsən oğlu
Hüseynxanov Elvin Elşad oğlu
Hüseynli Ceyhun Qədir oğlu
İbrahimov Habil Qurbanəli oğlu
Qismətov Vüqar Yusif oğlu
Qulamov Elçin Cahangir oğlu
Quliyev Elsevər Həsən oğlu
Quliyev Rauf Zahid oğlu
Kərimov Sahil Baxşəli oğlu
Mahmudov Vüqar Şəmsəddin oğlu
Mehbalıyev Əbülfət Müslüm oğlu
Məmmədli Ramiz Vaqif oğlu
Məmmədov Fəxrəddin Həmdulla oğlu
Məmmədov Zəfər Səfəralı oğlu
Məsumova Asiya Vasif qızı
Nəbiyev İslam Hilal oğlu
Osmanov İlkin Ərzuman oğlu
Səbziyev Süleyman Nəriman oğlu
Səfərov Müslüm Həsən oğlu
Səfərov Şükür İsbəndiyar oğlu
Süleymanov Anar Hamlet oğlu
Tağıyev Rauf Mərdan oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti