...

Siyavuş Novruzov: Müsavat və AXCP zavod, müəssisə kimi fəaliyyət göstərir

Siyasət Materials 7 Fevral 2014 11:33 (UTC +04:00)
Müsavat Partiyası və AXCP siyasi təşkilat kimi deyil, zavod, müəssisə kimi fəaliyyət göstərir və rəhbərlərinin gəlir mənbələri kimi bir yerdir.
Siyavuş Novruzov: Müsavat və AXCP  zavod, müəssisə kimi fəaliyyət göstərir

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası və AXCP siyasi təşkilat kimi deyil, zavod, müəssisə kimi fəaliyyət göstərir və rəhbərlərinin gəlir mənbələri kimi bir yerdir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, Müsavat Partiyası ilə AXCP arasında heç vaxt birlik olmayıb: "Guya, onların bir yerdə olması gözdən pərdə asmaq üçün oyun idi və burada da xalq, dövlət maraqları deyil, şəxsi maraqlar dururdu. Bu yolla onlar xarici qüvvələrdən hansı təminatlar ala bilmələri, nə qopara bilmələri haqqında düşünürdülər".

S.Novruzov vurğulayıb ki, son nəticədə hamı şahid oldu ki, bu iki təşkilat alt qatda nə qədər bir-birinə nifrət edən təşkilatlardır: "Çünki bunların marağı Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf yox, öz şəxsi maraqlardır. Bunlar siyasəti gəlir mənbələri, maddi təminatlarının həll olunması üçün bir vasitəyə çeviriblər. Burada da maraqlar toqquşanda, bunlar təbii ki, öz maddi maraqlarını ümumi siyasi maraqlardan üstün tuturlar".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra AXCP ilə münasibətlərində gərginlik yaranıb. Hətta AXCP yalnız Milli Şurada təmsil olunan təşkilatlar ilə əməkdaşlıq edəcəyini əsas gətirərək, Müsavat Partiyasının müttəfiqlik sazişi təklifindən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti