Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir

Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir S.Ağayeva/

Serbiya və Azərbaycan arasında ikitərəfli siyasi münasibətlər çox yüksək səviyyədədir. Bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Voyoviç ölkənin milli bayramı - Dövlətçilik Günü münasibətilə Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar: "Ötən il Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana səfəri zamanı iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı. Həmin Bəyannamə gələcəkdə bütün sahələrdə qarşılıqlı fəaliyyət üçün siyasi və hüquqi əsas yaradır".

Z.Voyoviç qeyd edib ki, qarşılıqlı münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafı, gələcəkdə birgə infrastruktur sahəsindəki layihələrdə irəliləyiş, birgə investisiya layihələri, ölkələr arasında əmtəə dövriyyəsinin həcminin artırılması, Serbiya şirkətlərinin Azərbaycandakı infrastruktur layihələrində iştirakı prioritet məsələlərdir: "Bildiyiniz kimi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində tikinti işləri canlanıb. Möhtəşəm layihələr həyata keçirilir, stadionlar, digər idman obyektləri tikilir. Serbiya şirkətləri də həmin obyektlərin tikintisində iştirak etməyə maraq göstərirlər".

Ticari-iqtisadi əlaqələr

Z.Voyoviç bildirib ki, Serbiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr iki ölkənin əməkdaşlığında önəmli yer tutur.

Səfirin sözlərinə görə, 2010-cu ildə iki ölkə arasında əmtəə dövriyyəsi bir neçə milyon səviyyəsində idisə, 2012-ci ildə həmin göstərici 40 milyon avroya, 2013-cü ildə isə 60 milyon avroya yüksəlib: "Serbiya Azərbaycana kənd təsərrüfatı məhsulları, neft-qaz sənayesi üçün avadanlıq, eləcə də mebel, tikinti materialları ixrac edir".

Humanitar sahədə əməkdaşlığa gəlincə, Z.Voyoviç vurğulayıb ki, son illər bu sahədə bir sıra layihələr həyata keçirilib: "Həmin layihələr sırasında Belqradda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və serb yazıçı Milorad Paviçin heykəllərinin ucaldıldığı "Taşmaydan" mərkəzi parkının yenidən qurulması, həmin şəhərdə məscidin yenidən qurulması və digərləri var".

Diplomat deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir çox layihələr həyata keçirilib: "Əlbəttə ki, bütün bunlar ümumilikdə münasibətlərin inkişafına xidmət edir".

İnvestisiyalar

Bu gün Serbiyada bir neçə Azərbaycan şirkəti çalışır.

Səfir bildirib ki, Serbiya və Azərbaycan infrastruktur obyektlərinin tikintisi layihəsi üzərində sıx çalışırlar: "Onlardan ən irisi Serbiyada Azərbaycan şirkətlərinin əsas podratçılar olduğu ikitərəfli avtomobil yolunun bir hissəsinin tikintisi layihəsidir. Azərbaycanlı investorlar habelə Kralevo şəhərində azad zonaların yaradılması və bir sıra digər layihələrdə iştirak edirlər".

Onun sözlərinə görə, Serbiya tərəfi strateji və siyasi münasibətlərə uyğun olaraq Azərbaycanın investisiyalarına maraq göstərir və azərbaycanlı tərəfdaşları Serbiyada investisiya yatırmağa cəlb etməyə çalışır.

Diplomatın fikrincə, bütün sahələrdə əməkdaşlığın uğurlu inkişafı üçün 26 saziş və müqavilədən ibarət kifayət qədər ciddi müqavilə-hüquq bazası yaradılıb: "Daha bir neçə sənəd imzalanma ərəfəsindədir. Onların arasında iki ölkənin müvafiq nazirlikləri arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq haqqında memorandum layihəsi də var".

İqtisadi sahədə əməkdaşlığın perspektivlərinə yaxın vaxtlarda keçiriləcək Ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında baxılacaq.

Z.Voyoviç qeyd edib ki, iclasın gündəliyi və onun yekunları üzrə imzalanması planlaşdırılan sənədlərin layihələri hazırlanma mərhələsindədir.

Səfirin sözlərinə görə, bütün ölkələr, o cümlədən Serbiya enerji daşıyıcılarının tədarükündə və onların marşrutlarının şaxələndirilməsində maraqlıdırlar: "Serbiya Rusiya ilə müqavilə imzalayıb, Qara dənizin dibi ilə Bolqarıstana, Serbiyaya və Avropanın digər ölkələrinə çəkiləcək "Cənub axını" qaz kəmərinin tikintisinə hazırlıq gedir. Digər tərəfdən, əgər söhbət şaxələndirmədən gedirsə, o zaman Serbiya bir hissəsinin Yunanıstanla Bolqarıstan arasında tikilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri ilə də qaz almağa maraq göstərir".

Turizm

Diplomat hesab edir ki, gələcək əməkdaşlıq üçün daha bir perspektivli sahə turizm ola bilər. Onun fikrincə, Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılışı buna kömək edə bilər.

Z.Voyoviç bildirib ki, 2012-2013-cü illərdə Serbiyanın "JAT Airways" aviaşirkəti ilə Azərbaycanın AZAL aviaşirkəti arasında Belqrad vasitəsilə ABŞ-a birgə reysin açılması ilə bağlı danışıqlar aparılsa da, arzu edilən nəticə əldə olunmadı.

Səfir qeyd edib: "Ötən il "JAT Airways" ləğv edildi, onun əvəzinə isə yeni "AIR Serbia" şirkəti yaradıldı. Bu şirkət BƏƏ-nin "Etihad Airways" aviaşirkəti ilə saziş imzalayıb. Bu tərəfdaşlıq çərçivəsində Serbiya şirkəti üçün 10 yeni "aerobus" təyyarənin alınması planlaşdırılır. Bunun sayəsində şirkət Cənub-Şərqi Avropada aviadaşıyıcıların lideri ola bilər. Və biz ümid edirik ki, bu, ölkədə turizmin inkişafına gətirib çıxaracaq və Serbiyanın öz tərəfdaşları ilə xarici ticarət əlaqələrini möhkəmləndirəcək".

Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Loading Bars
Xəbər lenti
Biləsuvarda "QAZel" yanıb
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Türkiyənin Hatay səhərində terakt törədilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
İşğaldan azad olunan Qubadlı şəhəri (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi (VİDEO)
ABŞ keçiriləcək seçkilərində 60 milyondan çox insan vaxtında əvvəl səs verib
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər (VİDEO)
Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq - TRT-dən özəl dəstək (VİDEO)
Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiyasından, qəzəbindən qorxur
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi (VİDEO)
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb (FOTO/VİDEO)
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Ermənistanın Daşkəsənə atəşi nəticəsində baş verən yanğın söndürülüb - FHN (FOTO) (ƏLAVƏ OLUNUB)
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik
Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız
Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək
Şamaxıda zəlzələ olub
Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ermənistan indiyədək əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib - Dövlət Komissiyası
Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur - Leyla Abdullayeva
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək
Paşinyan son şansından istifadə etmək əvəzinə, mülki vətəndaşlarımızı atəşə tutur - Deputat
Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat
Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev
Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb - İran parlamenti
Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu
Düşmən kvadrokopteri məhv edilib - MN
Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edildi
Azəribaycan Prezidenti: Ermənistan istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar
Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi bizə dəstək göstərdilər
Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə
Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! (VİDEO)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi
Prezident İlham Əliyev: Axıra qədər gedəcəyik
Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən Ermənistana silah göndərilir
Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker
Prezident İlham Əliyev xarici jurnalistlərin sualları haqqında: Sual vermir, elə bil ki prokurordur, ittiham edir bizi
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq - Rus icmasının rəhbəri
Prezident İlham Əliyev: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı
Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi! - Azərbaycan əsgəri (VİDEO)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)
Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur (FOTO)
Pakistan Fransaya etiraz notası verib
Azərbaycan Prezidenti: Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
Bütün xəbərlər