...

Türkiyə suda və quruda hərəkət edən zirehli texnika istehsal edib

Siyasət Materials 16 Fevral 2014 18:16 (UTC +04:00)
Türkiyədə suda və quruda hərəkət edən zirehli texnika istehsal olunub.
Türkiyə suda və quruda hərəkət edən zirehli texnika istehsal edib

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Türkiyədə suda və quruda hərəkət edən zirehli texnika istehsal olunub.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, "Qunduz" adı verilən yerli istehsallı hərbi texnika Türkiyə Quru Qoşunlarının istifadəsinə verilib.

Amfibiya döyüş maşını, adından da göründüyü kimi, suda üzməsi ilə diqqəti çəkir. Onun bu xüsusiyyəti hərəkət zamanı başqa texnikalara ehtiyacı aradan qaldırır.

Daha əvvəl oxşar məqsədlərlə istifadə edilən texnikalardan üzmə və quruda hərəkət etmə qabiliyyəti ilə fərqlənən 20 tonluq "Qunduz" dünyada bu qəbildən olan döyüş maşınları arasında ən moderni sayılır.

Xəbər lenti

Xəbər lenti