...

Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Fevral 2014 14:41 (UTC +04:00)
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda sabitləşməsinin tərəfdarıdır, ölkə hakimiyyətini və müxalifəti birləşməyə və problemi həll etməyə çağırır.
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Gəncə, 19 fevral /Trend, müxbir E.Hüseynov/

Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır, ölkə hakimiyyətini və müxalifəti birləşməyə və problemi həll etməyə çağırır. Trend-in məlumatına görə, bunu Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçüncü görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Ukraynada stabilliyin bərpa edilməsi ölkə və region üçün önəmlidir.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan XİN ölkə vətəndaşlarına xəbərdarlıq edib və bu günlərdə Ukraynaya səfərdən çəkinməyə, artıq orada olan həmvətənləri isə insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitutsiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 351 nəfərin yaralanıb, 25 nəfər isə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti