...

Əfqanıstan Müdafiə Nazirliyi Azərbaycan sülhməramlılarının 2014-cü ildən sonra da orada qalacağına ümid edir

Siyasət Materials 3 Mart 2014 10:37 (UTC +04:00)
"Azərbaycan digər ölkələrin inkişafı üçün modeldir. Azərbaycan ilə əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə ümid edirik".
Əfqanıstan Müdafiə Nazirliyi Azərbaycan sülhməramlılarının 2014-cü ildən sonra da orada qalacağına ümid edir

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir S.Əhmədova/

"Azərbaycan digər ölkələrin inkişafı üçün modeldir. Azərbaycan ilə əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə ümid edirik". Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Əfqanıstanın Müdafiə Nazirliyinin Hərbi ümumi siyasət və insan resursları şöbəsinin rəhbəri Mohd Qasem Vardak jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Əfqanıstan bir-birinə ən çətin zamanlarda da yardım edib: "Biz çiyin-çiyinə müstəqillik uğrunda mübarizə aparmışıq. Hesab edirik ki, Azərbaycan Əfqanıstana yardım edə bilər. Çünki bizim eyni problemlərimiz var. Ümid edirik ki, Azərbaycan sülhməramlıları 2014-cü ildən sonra da beynəlxalq əməkdaşlıq çərçivəsində Əfqanıstanda qalmağa davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti