...

Türkiyə polisi aksiya iştirakçılarını qovur (FOTO)

Siyasət Materials 12 Mart 2014 17:12 (UTC +04:00)
Türkiyə polisi 14 yaşlı Berkin Əlvanın dəfni zamanı başlayan etiraz aksiyasının iştirakçılarını qovur.
Türkiyə polisi aksiya iştirakçılarını qovur (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə polisi 14 yaşlı Berkin Əlvanın dəfni zamanı başlayan etiraz aksiyasının iştirakçılarını qovur. Bu barədə Trend "Al Jazeera Turk" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına əsasən, İstanbulda keçirilən dəfn mərasimində 1000 nəfərdən çox insan iştirak edib.

Hazırda Türkiyənin digər şəhərlərində keçirilən etiraz aksiyaları zamanı 100-dən çox insan saxlanılıb.

Qeyd edək ki, ötən gecə Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı B.Əlvanın ölümü ilə bağlı təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti