Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir T.Cəfərov/
Azərbaycan 2014-cü ilin sonunadək Əfqanıstanın paytaxtı Kabildə səfirlik açacaq. Bunu Trend-ə müsahibəsində Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani deyib.
Nazir bildirib ki, Bakıda səfərdə olduğu müddətdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bu haqda müzakirələri oldu: "Söz verdilər ki, 2014-ci ilin sonunadək Azərbaycan Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açacaq".
Onun sözlərinə görə, Əfqanıstan da yaxın vaxtlarda Azərbaycana yeni səfir göndərəcək: "Əfqanıstanın Azərbaycandakı səfiri dəyişdi və o nazir olduğu üçün geriyə çağrıldı. Heç şübhəsiz, biz Azərbaycana yeni səfir göndərəcəyik".