Azərbaycan, Bakı, 19 mart /Trend/
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyaya qarşı viza rejiminin tətbiq edilməsi haqqında qərar qəbul edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Şuranın katibi Andrey Parubiy brifinqdə deyib.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinə Rusiya Federasiyasına qarşı viza rejimi tətbiq etmək tapşırılıb.