...

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 25 Mart 2014 10:20 (UTC +04:00)
Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək.
Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İzzət/

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək.

Trend Müdafiə Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçiriləcək.

Qeyd edək ki, belə bir tədbir ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. İclasda MDB ölkələrinin Baş Qərargah rəislərinin iştirakı nəzərdə tutulur.

Xatırladaq, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti