...

Dünya Turizm Təşkilatının baş katibi: Azərbaycana xarici turistlər tərəfindən maraq getdikcə artır

Siyasət Materials 3 Aprel 2014 17:54 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.
Dünya Turizm Təşkilatının baş katibi: Azərbaycana xarici turistlər tərəfindən maraq getdikcə artır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin T.Rifai Azərbaycanda müşahidə olunan inkişafın onda böyük təəssürat doğurduğunu bildirib, turizmin inkişafı üçün Azərbaycan tərəfindən böyük işlər görüldüyünü vurğulayıb və ölkəmizə xarici turistlər tərəfindən marağın getdikcə artdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti