Azərbaycan, Bakı, 4 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev "Şərəf" ordeni ilə təltif edilsin.
Şəmsəddin Xanbabayev “Şərəf” ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
