...

AŞ PA Monitorinq Komitəsində Rusiya nümayəndə heyətinin səlahiyyətləri məsələsi müzakirə olunub

Siyasət Materials 8 Aprel 2014 20:09 (UTC +04:00)

Fransa, Strasburq, 8 aprel /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) günün ikinci yarısında keçirilən iclasında Rusiyanın qurumdakı nümayəndə heyətinin səlahiyyətləri məsələsi müzakirə olunub.

Trend-in məlumatına görə, müzakirələrin əsas mövzusunu Rusiya nümayəndə heyətinin hüquqlarının əlindən alınması və onun Assambleyada səsvermə hüququnun dondurulması təşkil edib.

Gərgin keçən müzakirələrin sonunda Monitorinq Komitəsi AŞ PA-nın 2015-ci ildəki qış plenar sessiyasına kimi Rusiya nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququnun dondurulmasına qərar verib. Montorinq Komitəsinin bu qərarı AŞ PA-nın aprelin 10-da plenar sessiyasında müzakirə olunacaq və onun təsdiqlənib-təsdiqlənməməsi aparılacaq müzakirələrin və səsvermənin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, Monitorinq Komitəsinin iclasında qəbul edilən qərarda Rusiya nümayəndə heyətinin AŞ PA-da fəaliyyətinin dondurulmasına yox, onun səsvermə hüququnun dondurulmasına qərar verib.

Xatırladaq ki, AŞ PA-nın sabahkı plenar sessiyasında Ukraynada demokratik təsisatların fəaliyyəti ilə bağlı Monitorinq Komitəsinin qətnamə layihəsi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti