...

Ukrayna parlamenti Krımı müvəqqəti işğal olunmuş ərazi kimi tanıdı

Siyasət Materials 15 Aprel 2014 17:05 (UTC +04:00)
Bu gün Ukrayna Ali Radası "Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması haqqında" qanunu qəbul edib.
Ukrayna parlamenti Krımı müvəqqəti işğal olunmuş ərazi kimi tanıdı

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu gün Ukrayna Ali Radası "Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması haqqında" qanunu qəbul edib.

Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu qərarın lehinə 228 xalq deputatı səs verib.

Sənədə əlavə edilmiş izahedici qeyddə göstərilir: "Qanun Rusiya Federasiyasının hərbi təcavüzü nəticəsində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin statusunu, bu ərazilərdə xüsusi hüquqi rejimi, bu rejim şəraitində dövlət orqanlarının və yerli idarəetmə orqanlarının, müəssisələrin və təşkilatların fəaliyyətinin xüsusiyyətlərini, insan və vətəndaş hüquq və azadlıqlarına əməl olunmasını və müdafiəsini müəyyən edir, eləcə də hüquqi şəxslərin hüquqlarını və qanuni maraqlarını müdafiə edir".

Qanun layihəsinin müəllifi olan "Batkivşina" fraksiyasının rəhbəri Sergey Sobolyov qeyd edib ki, qanun Ukrayna vətəndaşlarının müvəqqəti işğal olunmuş ərazilərə keçmək xüsusiyyətlərini də tənzimləyir: "Bu qanun müəyyən edir ki, Ukrayna vətəndaşları müvəqqəti işğal edilmiş ərazilərə keçərkən heç bir icazə rəsmiləşdirmək lazım deyil. Belə keçmənin sadə təsbiti həyata keçiriləcək".

Eyni zamanda, Ukrayna Prezidentinin səlahiyyətlərini icra edən, parlamentin spikeri Aleksandr Turçinov qeyd edib ki, Nazirlər Kabinetində müvəqqəti işğal edilmiş ərazilər üzrə ayrıca departament yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti