Azərbayacn, Bakı, 24 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə 1915-ci il hadisələri zamanı ölkəni tərk etmiş ermənilərin nəsillərinə pasport verəcək. Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, hazırda ölkənin Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi bu məsələlər üzərində çalışır.
Həmçinin bildirilir ki, bu qərar bu gün ölkənin Nazirlər Kabineti tərəfindən qəbul olunub.
Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma "erməni soyqırımı"nı qeyd edir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.