...

Novruz Məmmədov hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşının təyyarəyə buraxılmasına dair tapşırıq verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

Siyasət Materials 29 Aprel 2014 10:27 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov onun hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarəyə buraxılması ilə bağlı tapşırıq verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Novruz Məmmədov hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşının təyyarəyə buraxılmasına dair tapşırıq verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov onun hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarəyə buraxılması ilə bağlı tapşırıq verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə açıqlama verən N.Məmmədov bildirib ki, bəzi KİV-lərdə gedən xəbər onu hiddətləndirib: "Hansısa sayt yayıb ki, Leyla Yunus ilə onun həyat yoldaşı hava limanında xaricə getdikləri zaman mən kiməsə demişəm onları təyyarəyə buraxıblar, sonra onları təyyarədə saxlayıblar. Tamamilə yalan məlumatdır. Bunu yayan hansı sayt, hansı agentlik olur olsun, təxribatla məşğul olur və müəyyən fikir formalaşdırmaq üçün bunu edir. Bu dərəcədə yalan xəbərlərlə ictimaiyyəti aldatmağı necə qəbul edirlər, başa düşə bilmirəm".

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-na keçən gecə ölkəni tərk edərkən saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti