...

Prezident İlham Əliyevin iştirakı ilə Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub (FOTO)

Siyasət Materials 1 May 2014 17:06 (UTC +04:00)
Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Prezident İlham Əliyevin iştirakı ilə Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Son on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxt Bakının və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə abadlaşdırılır.

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da geniş vüsət almışdır. Rayondakı Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu tamamilə yenidən qurulmuşdur.

Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılmışdır. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcəkdir.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.

Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü.

Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar. Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti