...

Fransanın Azərbaycandakı səfiri hüquq müdafiəçisi Leyla Yunusu aeroporta qədər müşayiət etdiyini təsdiqləyib

Siyasət Materials 2 May 2014 15:41 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye hüquq müdafiəçisi Leyla Yunusu aeroporta şəxsən müşayiət etməsi barədə məlumatı təsdiqləyib.
Fransanın Azərbaycandakı səfiri hüquq müdafiəçisi Leyla Yunusu aeroporta qədər müşayiət etdiyini təsdiqləyib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Əliyev/

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye hüquq müdafiəçisi Leyla Yunusu aeroporta şəxsən müşayiət etməsi barədə məlumatı təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə səfir jurnalistlərə deyib.

Səfir bildirib: "Biz Leyla Yunusu hüquq müdafiəçisi kimi yaxşı tanıyırıq. Məlum olduğu kimi, hüquq müdafiəçilərinin fəaliyyətinə bütün dünyada hörmət göstərilir. O, Fransanın Azərbaycandakı səfirliyinə viza ilə bağlı müraciət edib. Niyə də ona viza verməyək?"

Doplomat daha sonra qeyd edib: "LeylaYunus məndən və amerikalı həmkarımdan onu aeroporta qədər müşayiət etməyimizi xahiş edib. Və mən onu müşayiət etdim".

P.Mönyenin sözlərinə görə, L.Yunus amerikalı tərəfdaşlarla sayt yaradıb: "Sayt insanlar arasında təmasların qurulmasına xidmət edir. Bu, çox vacibdir, çünki insanlar arasında əlaqələrin qurulması gələcəkdə möhkəm sülhün bərqərar edilməsinə yardım edir".

Qeyd edək ki, hüquq müdafiəçisi L.Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də istintaqdan yayınmaq üçün ölkəni tərk edərkən saxlanılıblar. Bakının Yasamal məhkəməsinin qərarı ilə L.Yunusun şəxsi əşyalarına baxış zamanı aşkar olunan sənədlərdən dəlil-sübut kimi istifadə olunacaq.

Leyla və Arif Yunusovların mənzillərində və iş yerlərində axtarış aparılıb.

L.Yunus şahid qismində dindirilib, A.Yunus isə səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti