...

Səfir: Azərbaycan və Türkmənistan ikitərəfli münasibətlərin inkişafı yolunda irəliləyirlər

Siyasət Materials 7 May 2014 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan və Türkmənistan ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi üzrə doğru yolda irəliləyirlər. Trend-in məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Bakıda türkmən şairi və filosofu Məhtumqulu Fərağinin 290 illiyinə həsr edilmiş tədbirdə deyib.

"Məhtumqulu Fəraği: dostluq və qardaşlığın tərənnümçüsü" adlı elmi tədbir Türkmənistanın Bakıdakı səfirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Füzuli adına Əlyazmalar İnstitutunda keçirilib.

Səfir bildirib ki, bugünkü konfrans Türkmənistan-Azərbaycan dostluğunun növbəti bariz nümunəsidir: "Türkmənistan-Azərbaycan dostluq münasibətləri və əməkdaşlığının müxtəlif tərəfləri iki xalqın çoxəsrlik milli ənənələrinin möhkəm təməlinə, eləcə də dərin tarixi və mədəni köklərə əsaslanır".

O, qeyd edib ki, hazırda Türkmənistan-Azərbaycan münasibətlərinin inkişaf dövrünün başında iki ölkənin liderləri - Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov dayanırlar: "Qlobal və regional inkişafın müxtəlif aktual məsələləri üzrə mövqe, baxışların uyğunluğu və yaxınlığı Türkmənistan və Azərbaycanın sıx əməkdaşlığına xidmət edir".

Diplomatın sözlərinə görə, bu, BMT, ATƏT, MDB və başqa beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət üçün etibarlı əsasdır: "Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığın möhkəmləndirilməsinin əsas faktorlardan biri ticarət-iqtisadi fəaliyyətin və tərəfdaşlığın geniş inkişafıdır".

T.Komekovun sözlərinə görə, Türkmənistan və Azərbaycanın bu tərəfdaşlığı iki ölkənin real imkanlarına və obyektiv tələbatlarına cavab verən səviyyəyə çıxartmaq üçün bütün zəruri imkanlara malikdirlər: "Bu gün əminliklə deyə bilərik ki, düzgün seçdiyimiz yol, Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolu ilə irəliləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti