...

Prezident İlham Əliyev: Fransa və Azərbaycan arasında hər bir istiqamət üzrə qarşılıqlı anlaşma var (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 May 2014 11:11 (UTC +04:00)
Mayın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev: Fransa və Azərbaycan arasında hər bir istiqamət üzrə qarşılıqlı anlaşma var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

Mayın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidentini səmimiyyətlə salamlayıb.

Dövlət başçısı bildirib ki, dünən və bu gün tərəflər arasında geniş fikir mübadiləsi aparılıb: "Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı ilə bağlı danışıqlar apardıq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə biz bu danışıqları davam etdiririk. İkitərəfli gündəliyimiz çox genişdir, bir çox məsələləri əhatə edir və hər bir istiqamət üzrə qarşılıqlı anlaşma var və qarşılıqlı dəstək göstərilir. Bir daha sizi ürəkdən salamlayıram. Mən əminəm ki, səfərin çox gözəl nəticələri olacaq".

Fransa Prezidenti Fransua Olland öz növbəsində qeyd edib ki, Azərbaycan daha da inkişaf edir: "Bütün sahələrdə, demək olar ki, biz bunun şahidi olduq. Mənim Azərbaycana səfərim təkcə iki böyük şəxsiyyət, iki prezident arasında olan səfər deyil, eyni zamanda bu, bizim əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsini nəzərdə tutan səfərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti