...

Fransa və Ermənistan bir sıra iqtisadi sazişlər imzalayıblar

Siyasət Materials 13 May 2014 16:33 (UTC +04:00)
Bu gün Yerevanda Ermənistanın dövlət başçısı Serj Sarkisyanla Fransa Prezidenti Fransua Olland arasında keçirilən danışıqlardan sonra bir sıra sənədlər imzalanıb.
Fransa və Ermənistan bir sıra iqtisadi sazişlər imzalayıblar

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün Yerevanda Ermənistanın dövlət başçısı Serj Sarkisyanla Fransa Prezidenti Fransua Olland arasında keçirilən danışıqlardan sonra bir sıra sənədlər imzalanıb. Bu barədə Trend .am-a istinadən məlumat verir.

İmzalanan sənədlər arasında "Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi ilə Fransanın Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında saziş", "Ermənistanın fövqəladə hallar naziri ilə Fransanın daxili işlər naziri arasında əhalinin təbii və texnogen fəlakətlərdən qorunması sahəsində əməkdaşlıq haqqında niyyət məktubu", "Ermənistanda vahid avtonəqliyyat pəncərəsinin tətbiqi və işə salınması haqqında konsessiya sazişi" və "Ermənistanın Ərazi İdarəetməsi Nazirliyinin və Fransanın İnkişaf Agentliyi arasında Vedi hidro-kənd təsərrüfatı proqramı məsələsində əməkdaşlıq haqqında sazişə protokol" var.

Bundan başqa, Fransa Prezidentinin səfəri çərçivəsində "Yerevan Moll" və "Karfur" şirkətləri arasında ilkin icarə müqaviləsi imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti