...

İlham Əliyev Panama, Kosta-Rika və Makedoniya prezidentlərini təbrik edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 May 2014 19:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Panama, Kosta-Rika və Makedoniya prezidentlərini təbrik edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Panama Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Panama arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Panama xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycanın dövlət başçısı, həmçinin Kosta-Rika Respublikasının Prezidenti Luis Gilyermo Solis Riveraya təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, dost Kosta-Rika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanovu da təbrik edib.

Təbrikdə deyilir: "Makedoniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Makedoniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti