...

Uilyam Heyq: Azərbaycan yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir

Siyasət Materials 15 May 2014 12:11 (UTC +04:00)
Azərbaycan özünün regionda və ondan kənarda balanlaşdırılmış xarici siyasəti və tərəfdaşları ilə müsbət əlaqələri ilə yaxşı tanındığı vaxtda, yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhvə verməyə davam edir.
Uilyam Heyq: Azərbaycan yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycan özünün regionda və ondan kənarda balanlaşdırılmış xarici siyasəti və tərəfdaşları ilə müsbət əlaqələri ilə yaxşı tanındığı bir vaxtda yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq "The Business Year: Azerbaijan - 2014" jurnalına müsahibəsində bildirib.

Nazir deyib ki, Böyük Britaniya Azərbaycanda bir nömrəli xarici sərmayədardır: "ABŞ və Cənubi Korea ölkənin vacib diplomatik tərəfdaşlarıdır, İtaliya, Fransa və İndoneziya isə Azərbaycanın ixracı üçün üç əsas istiqamətdir".

U.Heyq qeyd edib ki, ümumilikdə Azərbaycan 150-dən çox ölkə ilə ticarət əlaqələrinə malikdir və Ümumdünya Ticarət Təşkilatı, BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: "Bu ikitərəfli və çoxtərəfli əməkdaşlıq ötən il ərzində Azərbaycanın davamlı diplomatik səyləri sayəsində daha da genişlənib".

Nazirin sözlərinə görə, ötən ilin dekabr ayında "Şahdəniz-2" layihəsinə başlanması da Azərbaycanın Avropa üçün ixracatçı və Mərkəzi Asiyadan enerji resurslarının mümkün tranzit nöqtəsi kimi əhəmiyyətini artırdı: "Şahdəniz-2" ölkələrimiz arasında yeni əlaqələr, əməkdaşlıq üçün yeni imkanlar və ticarət üçün yeni mənbələr yaradacaq. Bu, həmçinin Cənubi Qafqazda, Türkiyə və Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirəcək yeni təchizat mənbələri yaradacaq. Xəzər qazının əlavə təchizatı bizim enerji təhlükəsizliyimizi, iqtisadiyyatlarımızın davamlılığını və rəqabət qabiliyyətini artıracaq".

U.Heyq bildirib ki, Böyük Britaniyanın Azərbyacanın neft və qaz layihələrinin inkişafındakı aparıcı rolundan çox məmnundur və bundan sonra da dəyərli tərəfdaşlığın gücləndirilməsinə ümid edir.

Britaniyalı diplomat həmçinin deyib ki, son illərdə Azərbaycanın xarici siyasətində ən vacib mərhələlərdən biri ölkənin inkişaf edən humanitar əməkdaşlığıdır: "Azərbaycan 2011-ci ilin dekabr ayında Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaratdı və bu təşkilatın təşəbbüsü ilə bəzi ölkələrə humanitar yardım göstərildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti