...

Prezident İlham Əliyev Vyetnama dövlət səfərinə gəlib (FOTO)

Siyasət Materials 18 May 2014 20:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlmişdir.
Prezident İlham Əliyev Vyetnama dövlət səfərinə gəlib (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlib.

Trend xəbər verir ki, Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Sonra qısa protokol söhbəti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti