...

Aİ artıq yayda Azərbaycanla viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minəcəyinə ümid edir

Siyasət Materials 19 May 2014 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Bədəlova/

Avropa İttifaqı (Aİ) artıq bu ilin yayında Azərbaycan ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minəcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, habelə assosiasiya haqqında saziş və sənədə əlavə üzrə danışıqlar gedir.

Qeyd edək ki, keçən ilin noyabrında Vilnüsdə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti