Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Bakıda "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçirilir.
Təlim kursunda beynəlxalq maddi-texniki təminatın əsasları, NATO-da planlaşdırma, strateji hərbi hava vasitələrinin təminatı və digər mövzular dinləyicilərin diqqətinə çatdırılacaq.
Kurs mayın 23-də sona çatacaq.