Əli Həsənov Norveç və İslandiya parlamentlərinin üzvləri ilə görüşüb

Əli Həsənov Norveç və İslandiya parlamentlərinin üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Norveç və İslandiya parlamentlərinin üzvləri Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Qaçqınlarin və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də Norveç və İslandiya parlamentlərinin üzvləri - Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) təmsilçiləri ilə görüşüb.

Ə.Həsənov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. O bildirib ki, son iki əsrdə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

Baş nazirin müavini Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, münaqişə regionunda milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də Ermənistanın təcavüzkar siyasəti pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymayan Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi də heç bir nəticə verməyib.

Rəsmi Bakının münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə hökumət 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb və bu proses davam edir.

Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizdən 15 faizə endirilib. Ə.Həsənov Azərbaycanın bununla bağlı strateji hədəflərindən də danışıb.

Azərbaycanın müstəqillik dövründə dinamik inkişaf etdiyini deyən avropalı qonaqlar isə qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqlar. Münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünya birliyinə daha dolğun çatdırmağın vacibliyini qeyd edən parlamentarilər bildiriblər ki, bu barədə Avropa ictimaiyyətini daha geniş məlumatlandırmağa çalışacaqlar.

Norveç və İslandiya parlamentlərinin üzvləri Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunub, avropalı qonaqlara "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı və disk təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində Norveç və İslandiya parlamentlərinin üzvləri - AŞ PA-nın təmsilçiləri Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında və Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
Loading Bars
Xəbər lenti
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi (FOTO)
FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib
Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Magistraturaya plan yerlərinin 85 faizi dolub
Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib (FOTO/VİDEO)
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib
Şamaxıda arvadını bıçaqlayan şəxs saxlanılıb
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO)
Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxslər üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
"Telegram"ın işində qüsurlar yaranıb
Azərbaycan bostan bitkilərinin ixracını artırır
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var
Bəhruz Quliyev: Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu
Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub
OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendən: Azərbaycanın Energetika naziri əməkdaşlığın əhəmiyyətini vurğulayır
Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb
Yevlaxda inzibati bina yanıb
Ağsuda ev yanıb
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir
ABŞ Ali Məhkəməsinin ən yaşlı üzvü vəfat etdi
Tramp: ABŞ qoşunlarını Əfqanıstandan və Yaxın Şərqdən geri çəkməyə davam etmək niyyətindədir
Atlantik okeanda "Beta" tropik fırtınası yaranıb
Qvatemala prezidenti koronavirusa yoluxub
Abşeronda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Moskvada koronavirusdan ölənlərin sayı 5 044 nəfərə çatıb
"Bavariya" Almaniya Bundesliqasında "Şalke"ni darmadağın edib
Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-in təşkil etdiyi təlimlərdə iştirak ediblər
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb
Yunanıstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Bütün xəbərlər