...

Artur Rasi-zadə Braziliya Gömrük Xidmətinin rəisi ilə görüşüb

Siyasət Materials 20 May 2014 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikasının Gəlirlər üzrə Federal Agentliyi katibinin müavini, Gömrük Xidmətinin rəisi Ernani Çekkuçini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Azərbaycanla Latın Amerikası regionunda tərəfdaşımız olan Braziliya arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanaraq, bu səfərin iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyi bildirilib. Son illər ciddi iqtisadi uğurlar əldə edən müstəqil Azərbaycanla böyük sənaye potensialına malik Braziliya arasında qarşılıqlı faydalı əməkdaşlığın gömrük qurumları arasında da davam etdirilməsi mövcud potensialdan səmərəli istifadə və xarici ticarətin stimullaşdırılması baxımından müsbət dəyərləndirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunularkən, işğal altında qalan torpaqların tezliklə azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Qəbulda gömrük sahəsində hüquqi bazanın yaradılması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti