Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Daxili İşlər Nazirliyi güc strukturlarında islahatlar aparılması üçün bir sıra qanun layihələri hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü "Habertürk" qəzeti xəbər yayıb.
Qanun layihələrində Jandarmeriya Qüvvələrinin Türkiyənin Quru Qoşunlarının tərkibindən çıxarılması, ölkədəki polis məktəblərinin bağlanması nəzərdə tutulur.
Yaxın həftələrdə qanun layihələri baxılması üçün Türkiyə parlamentinə təqdim olunacaq.
Qanun layihələrinə uyğun olaraq, Jandarmeriyanın Baş komandanlığını Daxili İşlər Nazirliyinin rəhbərliyi deyil, yerli hakimiyyət təyin edəcək.
Türkiyədə 1839-cu ildə yaradılan Jandarmeriya qüvvələri SQ-nin Quru Qoşunlarının tərkibinə daxildir, lakin DİN-ə tabedir.
Qanunvericiliyə görə, səfərbərlik elan olunacağı halda Jandarmeriya qüvvələri Türkiyə SQ-nin sərəncamına keçir.