...

YAP Qadınlar Şurasının sədri: Azərbaycanda din pərdəsi altında gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalıdır

Siyasət Materials 24 May 2014 11:42 (UTC +04:00)
Azərbaycanda din pərdəsi altında gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalı, nəzarət gücləndirilməlidir.
YAP Qadınlar Şurasının sədri: Azərbaycanda din pərdəsi altında gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalıdır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda din pərdəsi altında gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalı, nəzarət gücləndirilməlidir. Trend-in məlumatına görə, bunu şənbə günü Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında çıxışı zamanı Şuranın sədri Nurlana Əliyeva söyləyib.

N.Əliyeva bildirib ki, gənclərimiz vətənpərvər ruhda böyüməli, yüksək təhsil almalıdırlar: "Gənclərin milli-mənəvi ruhda tərbiyəsi çox vacibdir".

Onun sözlərinə görə, Azərbaycanın bəzi ucqar bölgələrində azyaşlı qızların təhsil sistemindən ayrılaraq ərə verilməsi narahatlıq doğurur, bu sahədə maarifləndirmə işləri aparılmalıdır.

N.Əliyeva YAP Qadınlar Şurasının ötən dövr ərzində bu problemlərə rast gəlinən Salyan, Astara, Lənkəran və digər bölgələrdə maarifləndirmə xarakterli tədbirlər keçirdiyini bildirib.

Qeyd edək ki, YAP Qadınlar Şurasının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçiləcəyi konfransda 84 rayondan 358 nəfər iştirak edir.

Xatırladaq ki, konfrans iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti