...

Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan T-90S tanklarının alınması məsələsinə aydınlıq gətirib

Siyasət Materials 26 May 2014 11:17 (UTC +04:00)
Müdafiə Nazirliyi Azərbaycanın Rusiyadan 100 ədəd T-90S tanklarının alınması məsələsinə aydınlıq gətirib.
Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan T-90S tanklarının alınması məsələsinə aydınlıq gətirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi Azərbaycanın Rusiyadan 100 ədəd T-90S tanklarının alınması məsələsinə aydınlıq gətirib.

Trend-in sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlı Rusiya KİV-lərində bu ölkənin Azərbaycana 100 ədəd Т-90S (T-90C) tankının göndərilməsini başa çatdırması barədə yayılan xəbərə münasibət bildirib: "Silahlı Qüvvələrin müasir silah-sursat və texnika ilə təminatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən mərhələlərlə icra olunur.

Silahlı Qüvvələrin hərtərəfli təminatı keyfiyyət, kəmiyyət və qiymət baxımından ən sərfəli və etibarlı tərəfdaşlarla həyata keçirilir. Bu, ordunun hərbi-texniki bazasının möhkəmləndirilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması baxımından ən yüksək tələblərə cavab verməsinə xidmət edir".

Qeyd edək ki, Rusiyanın İTAR-TASS agentliyi mayın 23-də Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Konstantin Biryulinə istinadən məlumat yayıb ki, Rusiya Azərbaycana 100 ədəd Т-90S (T-90C) tankının göndərilməsini başa çatdırıb və Bakıya tankların bu həcmdə ikinci partiyasının göndərilməsi barədə opsion da mövcuddur. Lakin ikinci hissə üzrə hələlik müqavilə bağlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti