...

Ərdoğan: TANAP Türkiyə və Azərbaycan arasında olduğu kimi, Avropa ölkələri ilə də uzunmüddətli və güclü münasibətlər yaradacaq bir layihə olacaq

Siyasət Materials 30 May 2014 18:14
Bu gün TANAP layihəsinin həyata keçirilməsi istiqamətində mühüm bir addımın atılmasına şahidlik edirik. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda TANAP və "Şahdəniz-2" layihələri üzrə bir sıra müqavilələrin imzalanma mərasimində çıxışı zamanı deyib.
Ərdoğan: TANAP Türkiyə və Azərbaycan arasında olduğu kimi, Avropa ölkələri ilə də uzunmüddətli və güclü münasibətlər yaradacaq bir layihə olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Əhmədova/

Bu gün TANAP layihəsinin həyata keçirilməsi istiqamətində mühüm bir addımın atılmasına şahidlik edirik. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda TANAP və "Şahdəniz-2" layihələri üzrə bir sıra müqavilələrin imzalanma mərasimində çıxışı zamanı deyib.

Baş nazir qeyd edib: "Biz TANAP layihəsini sadəcə ticarət, sərmayə kimi dəyərləndirmirik. TANAP-ın Türkiyə və Azərbaycan arasında olduğu qədər, Avropa ölkələri ilə də uzunmüddətli, güclü və sağlam münasibətlər yaradacaq bir layihə olacağına inanırıq".

Onun sözlərinə görə, TANAP gələcəyə yönəlmiş bir layihədir: "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq təbii qazın 6 milyard kubmetri Türkiyəyə satılacaq. Bu yataqdan tədarük olunan təbii qazın 10 milyard kubmetrinin Türkiyə üzərindən TANAP vasitəsilə Avropaya nəqli planlaşdırılır. Sonrakı mərhələlərdə isə Xəzər dənizinin Azərbaycan hissəsində olan digər yataqlardan əldə olunan təbii qaz resurlarının da bu boru xəttinə yönləndirilməsi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti