...

Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki yeni ofisində görüş keçirilib (FOTO)

Siyasət Materials 2 İyun 2014 13:56 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin Belçikada səfərdə olan nümayəndə heyəti və bir neçə media qurumunun təmsilçisi Brüsseldə - Benilüks Azərbaycanlıları Konqresinin (BAK) yeni ofisində görüş keçirib.
Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki yeni ofisində görüş keçirilib (FOTO)

Belçika, Brüssel, 2 iyun /Trend, müxbir E.Hüseynli/

Diasporla İş üzrə Dövlət Komitəsinin Belçikada səfərdə olan nümayəndə heyəti və bir neçə media qurumunun təmsilçisi Brüsseldə - Benilüks Azərbaycanlıları Konqresinin (BAK) yeni ofisində görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə Konqresin sədri Sahil Qasımov, təşkilatda birləşən cəmiyyətlərin rəhbərləri və diaspor fəalları iştitrak ediblər.

Benilüks Azərbaycanlıları Konqresinin sədri S.Qasımov əvvəlcə təşkilatın Brüsseldə açılmış yeni ofisi haqqında qısa məlumat verib. O deyib ki, təşkilatın yeni qərargahı üçün Avropa İttifaqının mərkəzi şəhərinin seçilməsi təsadüfi deyil. Təşkilat Avropa İttifaqına daxil olan institutlar, Avropa Parlamentinin yeni millət vəkilləri ilə əməkdaşlığı intensivləşdirməyi, lobbiçilik fəaliyyətini gücləndirməyi qarşıya məqsəd qoyub.

S.Qasımov həmçinin hesab edir ki, Brüsselin mərkəzində - hər gün minlərlə turistin keçdiyi tarixi Qran Plas meydanı yaxınlığında ofis açmaq və orada Azərbaycan bayrağını dalğalandırmaq da ölkənin təbliğinə hesablanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov BAK-ın Avropa İttifaqının mərkəzində ofis açmasının təqdirəlayiq olduğunu bildirib. O deyib ki, təşkilatın Brüsseldə də qərargahının olması onun beynəlxalq əlaqələrinin gücləndirilməsinə təkan verəcək və qurumun lobbiçilik istiqamətində yürütdüyü siyasətin daha effektli olmasını təmin edəcək.

Görüşdə Konqresin təşkilanma, diaspor, lobbiçilik fəaliyyətində görülmüş işlər, qarşıya qoyulmuş məqsədlər və planlar, Benilüks ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının problemləri müzakirə edilib. Bildirilib ki, diaspor təşkilatları arasında sağlam rəqabət aparmağın və aktiv lobbiçilik siyasətinə başlamağın vaxtı çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov Benilüks ölkələrindəki Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığı daha da gücləndirməyin zəruriliyini vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycan diasporunun qarşısında duran bir sıra vəzifələrin həyata keçirilməsi müxtəlif diaspor təşkilatları arasındakı koordinasiya və əlaqələrin möhkəmləndirilməsi ilə sıx bağlıdır.

Hollandiyada həyata keçirdiyi təşkilatlanma modelini Belçikada da tətbiq etməyi planlaşdıran S.Qasımov BAK-ın siyasi təşkilat kimi fəaliyyətini gücləndirməyi də vacib hesab edir. Belə ki, qurumun rəhbərliyi bu günlərdə BMT-nin Avropa ofisində qeydiyyatdan keçmək üçün müraciət etməyi planlaşdırıb.

Müzakirələr zamanı mübarizəni akademik səviyyəyə keçirməyin, Azərbaycanın problemlərinin Avropa Parlamenti, Avropa Komissiyası kimi qurumlarda səsləndirməyin vacibliyi vurğulanıb. Təklif olunub ki, həmin institutlarda Azərbaycana dair məsələlərin müzakirəsinə, ölkəmiz haqqında obyektiv qərarların qəbul olumnasına nail olmaq üçün Azərbaycanın dostları qrupu yaradılsın və onlara dövlət səviyyəsində hər cür maddi, mənəvi dəstək göstərilsin.

Daha sonra Azərbaycan həqiqətlərinin Avropada yayılması üçün yeni yollar və müxanizmlərin tapılması, 2015-ci ildə qondarma erməni soyqırımı ilə əlaqədar erməni diasporunun aktivləşməsini önləmək üçün Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında koordinasiyanın və Benilüks ölkələrində, eləcə də Avropa Parlamentində türk kökənli millət vəkilləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan başqa, gələn il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı Azərbaycana qarşı gözlənilən əks-təbliğatın qarşısının alınmasında Benilüks Azərbaycanlıları Konqresinə daxil olan təşkilatların görəcəyi işlər, eləcə də Konqresin müasir informasiya texnologiyaları ilə təmin olunması kimi məsələlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti