...

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Siyasət Materials 3 İyun 2014 17:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirildiyi məmnunluqla qeyd olundu.

Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulandı, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti