...

Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinə 7,6 milyon manat vəsait ayrıldı

Siyasət Materials 7 İyun 2014 22:27
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinə 7,6 milyon manat vəsait ayrıldı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, yetmiş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon (yeddi milyon altı yüz min) manatı Abşeron Rayon İcra Hakimiyyətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti