...

Ziyafət Əsgərov: BMT ona lazım olan dövlətlərin çubuğu ilə nəsə edir

Siyasət Materials 20 İyun 2014 12:57 (UTC +04:00)
NATO Parlament Assambleyasının "Rouz-Rout" seminarının Bakıda keçirilməsi Assambleya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.
Ziyafət Əsgərov: BMT ona lazım olan dövlətlərin çubuğu ilə nəsə edir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

NATO Parlament Assambleyasının "Rouz-Rout" seminarının Bakıda keçirilməsi Assambleya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanın seminarda qarşıya qoyduğu əsas məqsəd Dağlıq Qarabağ məsələsini tam şəkildə müzakirə etmək idi: "Dağlıq Qarabağla bağlı keçirilən paneldə bu məsələyə nail olduq".

O,əlavə edib ki, seminarda müzakirə olunan məsələlərdən biri də bu gün dünyada mövcud olan münaqişələrin həlli məsələsində beynəlxalq hüququn yeri idi: "Bu seminarda bir daha əmin olduq ki, bu gün beynəlxalq hüquq çox dərin bir depressiyadadır, böhrandadır. Beynəlxalq hüquq kimin problemini həll edib ki? BMT ona lazım olan dövlətlərin çubuğu ilə və ya tapşırığı ilə nəsə edir. Amma əslində obyektiv bir təşkilat olaraq heç onun qapısını döyən yoxdur. Ona görə də hesab edirəm ki, bu gün beynəlxalq hüquq böyük dövlərin əlindədir, onlar üçün məşğuliyyətdir, əyləncədir, kiçik dövlətlər üçün isə məhdudiyyətdir".

Z.Əsgərov qeyd edib ki, bu baxımdan bu gün hər bir dövlət özü özünə güvənməlidir: "Bizim seminarda çıxardığımız nəticə bundan ibarətdir. Biz özümüzü gücləndirməliyik və dövlət başçımızın ətrafında sıx birləşib problemlərimizin həllinə çalışmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti