...

Pakistanın nüfuzlu KİV-lərində "Prezident Əliyev: Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb" adlı məqalə dərc edilib

Siyasət Materials 30 İyun 2014 17:10 (UTC +04:00)
Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında, nəşrlərin baş redaktoru, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Ansar Battinin “Prezident Əliyev: Ermənistan Azərbaycanın tarixi torpaqalarında yaradılmışdır” adlı məqaləsi dərc edilmişdir.
Pakistanın nüfuzlu KİV-lərində "Prezident Əliyev: Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb" adlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Pakistanın "DNA News" informasiya agentliyi və "Centreline" jurnalında, nəşrlərin baş redaktoru, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Ansar Battinin "Prezident Əliyev: Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılmışdır" adlı məqaləsi dərc edilmişdir.

Məqalədə, 2014-cü ilin 28 İyun - 02 İyul tarixlərində ATƏT-in PA-nın 23-cü sessiyasının keçirildiyi iclaslarda siyasi, təhlükəsizlik, iqtisadi məsələlər, demokratiya, insan hüquqları, elm, texnologiya, ətraf mühit və humanitar məsələlərinin müzakirəyə çıxarılacağı bildirilmişdir. Qeyd olunmuşdur ki, bunlarla yanaşı, ekstremizm, radikalizm, ksenofobiya və Ukraynadakı vəziyyət ətrafında da debatların keçirilməsi nəzərdə tutulmuşdur.

Ansar Batti, ATƏT-in PA-nın sessiyasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış etdiyini vurğulamış və həmin çıxışın əsas məqamlarını təhlil edərək aşağıdakıları qeyd etmişdir:

Prezident İlham Əliyev öz nitqində böyük tarixə və mədəniyyətə malik, lakin müstəqil gənc ölkə olan Azərbaycanda siyasi və iqtisadi islahatları eyni vaxta həyata keçirmək ölkəsinə davamlı inkişafa nail olmağa imkan verir: "... Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən sərbəst toplaşma, ifadə, mətbuat azadlığı təmin edilir, çoxlu sayda mətbuat orqanları fəaliyyət göstərir, sərbəst internet mövcuddur. Biz qısa müddət ərzində modern ölkə qurmuşuq və bizim gələcək üçün çoxlu planlarımız var. Bizim ATƏT və digər beynəlxalq institutlarla əməkdaşlığımız bizə bütün planlaşdırdıqlarımızı yerinə yetirməyə imkan verəcək". Dövlət başçısının sözlərinə görə, əlbəttə ki, siyasi islahatlar cəmiyyətdə çox müsbət atmosfer yaradır: "Azərbaycan aktiv xarici siyasət yürüdən bir ölkədir və biz xarici siyasət prioritetlərimizi həyata keçirməyə çalışırıq. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və tərəfdaş ölkə kimi Azərbaycana böyük etimad göstərilir." Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan çoxlu sayda mühüm beynəlxalq təsisatların üzvüdür: "... Azərbaycan Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər çoxlu sayda beynəlxalq təşkilatların üzvüdür. Bizim xarici siyasətimizdə ən mühüm uğurlardan biri bir neçə il əvvəl Azərbaycanın böyük dəstək almaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir ".

Dövlət başçısı Azərbaycan xalqının üzləşdiyi ikili standartlardan olduqca narahat olduğunu bildirərək deyib ki " BMT TŞ-nın bəzi qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, lakin Azərbaycanla bağlı qətnamələri isə 20 ildən çox müddət ərzində yalnız kağız üzərində qalır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr icra olunmamış qalır. Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur".

Öz müqəddəratını təyinetmə prinsipi haqqında danışan dövlət başçısı Helsinki Yekun Aktına istinad edib, öz müqəddəratını təyinetmə prinsipinin ölkələrin ərazi bütövlüyünü şübhə altına salmaması tezisini ön plana çəkib. Ermənilərin artıq müstəqil dövləti olduğunu deyən Prezident, onların artıq öz müqəddəratını təyin etdiyini bildirib. Buna görə də tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas olmadığını deyib: "Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb".

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq, Azərbaycan sürətli iqtisadi artım tempi nümayiş etdirib. Dövlət başçısı statistik göstəricilərə istinad edərək qeyd edib ki, son 10 ildə Azərbaycan dünyada ən sürətli iqtisadi inkişafa malik ölkə olub, sosial və iqtisadi islahatlar həyata keçirib. Prezident bildirib ki, Azərbaycanın kredit reytinqi "Standard & Poors", "Moody's" və "Fitch" kimi iri reytinq agentlikləri tərəfindən yüksəldilib və Azərbaycan investisiyaları lazımi səviyyədə qoruyan ölkə kimi də çox böyük nüfuz qazanıb: "Ötən 10 il ərzində Azərbaycana 170 milyard dollar həcmində investisiya yatırılıb. Ötən il isə 28 milyard dollar həcmində sərmayə qoyulub".

Azərbaycanın təhsilə böyük investisiya yatırdığını bildirən Prezidenti deyib ki: "Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi, Azərbaycanın əsas prioritetlərindən biri təhsildir. Təhsilli insanlar heç bir halda manipulyasiya, xarici təsir və ya müdaxiləyə məruz qalmayacaqlar. Azərbaycanın təcrübəsi nümunə ola bilər, çünki cəmiyyətimizdə multikulturalizm uğurun əsas elementlərindən biridir".

Azərbaycanın Lideri, ölkəsinin Avropa ilə enerji sahəsində əməkdaşlığı haqqında geniş danışıb və sonra dünyada müşahidə olunan mənfi tendensiyaları auditoriyanın diqqətini cəlb edib: "Bu gün dünyada - Avropa, Asiya, Yaxın Şərq və ya qonşu ölkələrdə olmasına baxmayaraq - gördüyümüz təhlükəli tendensiyalar, özgəninkiləşdirmə, ayrı-seçkilik məsələləri həll olunmalıdır və biz bu məsələləri diqqətə çatdırmalıyıq. Biz bu barədə danışmalı və uğurun müsbət əlamətlərini görməliyik. Əks halda əgər biz bu məsələlərin mövcudluğuna sadəcə göz yumsaq və ya biz onları beynəlxalq səviyyədə gündəmə gətirməsək, vəziyyət yalnız pisləşəcək, çünki tendensiyalar düzgün istiqamətdə getmirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti